Formula 1: Lando Norrisdən mövsümün ikinci zəfəri

Bu gün Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti mərhələsi – 8-ci qran-prisi baş tutub.

Arena.az xəbər verir ki, budəfəki yarışı Monakoda təşkil olunub.

Monako qran-prisi ötən mövsümü ikinci pillədə bitirmiş, cari mövsümdəki ilk qran-prinin qalibi olmuş Lando Norrisin qələbəsiylə yekunlaşıb. Britaniyalı 25 yaşlı pilot 78 dövrəlik yarışı ilk sırada bitirib. Bu, onun cari mövsümdə ikinci, karyerasında 6-cı qələbəsidir.

Lando Norrisin komanda yoldaşı Oskar Piastri Monakoda üçüncü olubsa, ikinci yeri “Ferrari”dən Şarl Lekler tutub.

Geridə qalmış 8 mərhələdən sonra Oskar Piastri 161 xalla vahid liderdir. Onun komanda yoldaşı Lando Norris 158 xalla ikincidir. Maks Ferstappen (“Red Bull”) isə 136 xalla üçüncü pillədə qərarlaşıb.

Mühəndislər Kubokunda “Maklaren” 319 xalla ilk sırada qərarlaşıb. “Mersedes” 147 xalla ikinci, “Red Bull” 143 xalla üçüncüdür.

Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti – 9-cu qran-prisi İspaniyada keçiriləcək. Barselonada baş tutacaq bu yarış iyunun 1-də təşkil olunacaq.

Formula 1 üzrə dünya çempionatı, 2025

Pilotların yarışında turnir cədvəli:

1. Oskar Piastri (Maklaren) – 161

2. Lando Norris (Maklaren) – 158

3. Maks Ferstappen (Red Bull) – 136

4. Corc Rassell (Mersedes) – 99

5. Şarl Lekler (Ferrari) – 79

6. Luis Hamilton (Ferrari) – 63

7. Kimi Antonelli (Mersedes) – 48

8. Aleksander Albon (Uilyams) – 42

9. Esteban Okon (Haas) – 20

10. İsaak Hacar (Rasinq Bulls) – 15

11. Lens Stroll (Aston Martin) – 14

12. Karlos Sayns (Uilyams) – 12

13. Yuki Tsunoda (Rasinq Bulls) – 10

14. Pyer Qasli (Alpin) – 7

15. Niko Hulkenberq (Zauber) – 6

16. Oliver Berman (Haas) – 6

17. Liam Louson (Red Bull) – 4

18. Fernando Alonso (Aston Martin) – 0

19. Cek Duen (Alpin) – 0

20. Franko Kolapinto (Alpin) – 0

21. Qabriel Bartoleto (Zauber) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

1. Maklaren – 319

2. Mersedes – 147

3. Red Bull – 143

4. Ferrari – 142

5. Uilyams – 54

6. Haas – 26

7. Rasinq Bulls – 22

8. Aston Martin – 14

9. Alpin – 7

10. Zauber – 6

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: