Bu gün Formula 1 üzrə dünya çempionatında 2023-cü il mövsümünün növbəti mərhələsi – 12-ci qran-prisi baş tutub.
Arena.az xəbər verir ki, budəfəki qran-pri Belçikada təşkil olunub.
Belçika qran-prisi də ötən mövsümün qalibi, “Red Bull”un pilotu Maks Ferstappenin qələbəsiylə yekunlaşıb. Niderlanddan olan 25 yaşlı pilot 44 dövrəlik yarışı 1:22:30.450 göstərici ilə ilk sırada bitirib.
Bu, onun cari mövsümdə 10-cu, karyerası ərzində isə 44-cü qələbədir. Ardıcıl 8-ci qələbəsini qazanan Ferstappen bu mövsüm Bəhreyn, Avstraliya, Mayami, Monako, İspaniya, Kanada, Avstriya, Böyük Britaniya və Macarıstan qran-prilərinin də qalibi olmuşdu.
“Red Bull”un digər pilotu Serxio Peres ikinci yeri tutub. Üçüncü yer isə “Ferrari”dən Şarl Leklerə qismət olub.
Bu mövsüm geridə qalan 12 turdan sonra “Red Bull”un üzvləri Maks Ferstappen 314 xalla birinci, Serxio Peres isə 189 xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 149 xala malik Fernando Alonso (“Aston Martin”) qapayır.
Konstruktorların mübarizəsində də “Red Bull” 503 xalla zirvədə qərarlaşıb. Xal hesabını 247-yə çatdıran “Mersedes” ikinci pillədə qalıb. “Aston Martin” isə 196 xalla üçüncüdür.
Formula 1 üzrə dünya çempionatında 2023 mövsümünün növbəti qran-prisi Niderlandda keçiriləcək. Sözügedən yarış avqustun 27-də baş tutacaq.
Dünya çempionatı, 2023
Pilotların yarışında turnir cədvəli:
1. Maks Ferstappen (Red Bull) – 314
2. Serxio Peres (Red Bull) – 189
3. Fernando Alonso (Aston Martin) – 149
4. Luis Hamilton (Mersedes) – 148
5. Şarl Lekler (Ferrari) – 99
6. Corc Rassell (Mersedes) – 99
7. Karlos Sayns (Ferrari) – 92
8. Lando Norris (Maklaren) – 69
9. Lens Stroll (Aston Martin) – 47
10. Esteban Okon (Alpine-Reno) – 35
11. Oskar Piastri (Maklaren) – 34
12. Pyer Qasli (Alpine-Reno) – 22
13. Aleksander Albon (Uilyams) – 11
14. Niko Hulkenberq (Haas) – 9
15. Valtteri Bottas (Alfa Romeo) – 5
16. Jou Quanyu (Alfa Romeo) – 4
17. Yuki Tsunoda (Alfa Tauri) – 3
18. Kevin Maqnussen (Haas) – 2
19. Loqan Sarcent (Uilyams) – 0
20. Nik De Vris (Alfa Tauri) – 0
21. Daniel Rikkardo (Alfa Tauri) – 0
Konstruktorların xal sıralaması:
1. Red Bull – 503
2. Mersedes – 247
3. Aston Martin – 196
4. Ferrari – 191
5. Maklaren – 103
6. Alpine-Reno – 57
7. Uilyams – 11
8. Haas – 11
9. Alfa Romeo – 9
10. Alfa Tauri – 3


