Formula 1 üzrə 2021 mövsümünün 5-ci mərhələsi çərçivəsində Monako qran-prisi keçirilib.
Arena.az xəbər verir ki, budəfəki qran-pri Monte-Karlodakı şəhər trasında baş tutub.
Formula 1 çempionatının 5-ci mərhələsi “Red Bull”un Niderlanddan olan pilotu Maks Ferstappenin qələbəsiylə yekunlaşıb. İtaliyadakı qran-pridə də birinci olan Ferstappen, bugünkü qələbəsi sayəsində liderliyə yüksəlib. Maraqlıdır ki, niderlandlı sürücü karyerasında ilk dəfə Formula 1 yarışında lider olur.
“Ferrari”dən Karlos Sayns ikinci, “Maklaren”dən Lando Norris üçüncü yeri tutub. Əvvəlki mərhələlərin üçünün qalibi olan “Mersedes”in pilotu Luis Hamilton bu dəfə 7-ci yerlə kifayətlənib. Bu da onun liderliyi itirməsi ilə nəticələnib. Hamiltonun komanda yoldaşı, Finlandiya təmsilçisi Valtteri Bottas isə bolidinin təkərindəki problem üzündən yarışı başa çatdıra bilməyib.
Mövsümün geridə qalan 5 qran-prisinin yekununa əsasən, Ferstappen 105 xalla birincidir. Hamilton 101 xalla ikinci, Lando Norris 56 xalla üçüncüdür.
Konstruktorların mübarizəsində isə “Mercedes” 141 xalla liderliyini qoruyur. “Red Bull” 112 xalla 2-ci, “Maklaren” 65 xalla 3-cü yerdə gedir.
Sonda onu da qeyd edək ki, mövsümün növbəti – sayca 6-cı qran-prisi 4-6 iyunda Bakıda keçiriləcək.
Pilotların yarışında ilk 10-luq:
- Maks Ferstappen (Red Bull) – 105
- Luis Hamilton (Mersedes) – 101
- Lando Norris (Maklaren) – 56
- Valtteri Bottas (Mersedes) – 47
- Serxio Peres (Red Bull) – 44
- Şarl Lekler (Ferrari) – 40
- Karlos Sayns (Ferrari) – 38
- Daniel Rikkardo (Maklaren) – 24
- Pyer Qasli (Alfa Tauri) – 16
- Esteban Okon (Alpine Reno) – 12
Konstruktorların xal sıralaması:
- Red Bull Rasinq-Honda – 149
- Mersedes – 148
- Maklaren-Mersedes – 80
- Ferrari – 78
- Aston Martin-Mersedes – 19
- Alfa Tauri-Honda – 18
- Alpine-Reno – 17
- Alfa Romeo-Ferrari – 1
- Uilyams-Mersedes – 0
- Haas-Ferrari – 0


