Formula 1: Monakoda Serxio Peres sevindi

Formula 1 üzrə dünya çempionatında 2022-ci il mövsümü davam edir. Arena.az xəbər verir ki, bu gün mövsümün 7-ci qran-prisi baş tutub.

Fransada keçirilən Monako qran-prisi “Red Bul”un pilotu Serxio Peresin qələbəsiylə yekunlaşıb. Meksikalı pilot 64 dövrəlik yarışda 1:56:30.265 göstərici ilə birinci olub. Bu, Serxionun cari mövsümdəki ilk belə uğurudur.

Peresin komanda yoldaşı, son dünya çempionu, cari mövsümdəki qran-prilərdən dördündə qalib gəlmiş Maks Ferstappen isə bu yarışa 1-ci sırada başlamasına baxmayaraq, yekunda 3-cü olub. Niderlandlı pilot “Ferrari”nin pilotu Karlos Saynsdan da geri qalıb.

Yeddi turdan sonra Maks Ferstappen 125 xalla liderliyi ələ keçirib. İkinci pillədəki Şarl Leklerin (“Ferrari”) 116 xalı var. Serxio Peres isə 110 xalla üçüncüdür.

Konstruktorların mübarizəsində də “Red Bull” 235 xalla zirvədə qərarlaşıb. “Ferrari” 199 xalla ikincidir. İlk üçlüyü 134 xalı olan “Mersedes” qapayır.

Formula 1 üzrə dünya çempionatında 2022 mövsümünün növbəti qran-prisi Azərbaycanda keçiriləcək. Sözügedən yarış iyunun 12-də Bakıda baş tutacaq.

Pilotların yarışında turnir cədvəli:

  1. Maks Ferstappen (Red Bull) – 125
  2. Şarl Lekler (Ferrari) – 116
  3. Serxio Peres (Red Bull) – 110
  4. Corc Rassell (Mersedes) – 84
  5. Karlos Sayns (Ferrari) – 83
  6. Luis Hamilton (Mersedes) – 50
  7. Lando Norris (Maklaren) – 48
  8. Valtteri Bottas (Alfa Romeo) – 40
  9. Esteban Okon (Alpine-Reno) – 30
  10. Kevin Maqnussen (Haas) – 15
  11. Daniel Rikardo (Maklaren) – 11
  12. Yuki Tsunoda (Alfa Tauri) – 11
  13. Fernando Alonso (Alpine-Reno) – 10
  14. Pyer Qasli (Alfa Tauri) – 6
  15. Sebastyan Fettel (Aston Martin) – 5
  16. Aleksander Albon (Uilyams) – 3
  17. Lens Stroll (Aston Martin) – 2
  18. Jou Quanyu (Alfa Romeo) – 1
  19. Mik Şumaxer (Haas) – 0
  20. Niko Hulkenberq (Aston Martin) – 0
  21. Nikolas Latifi (Uilyams) – 0

Konstruktorların xal sıralaması:

  1. Red Bull – 235
  2. Ferrari – 199
  3. Mersedes – 134
  4. Maklaren – 59
  5. Alfa Romeo – 41
  6. Alpine-Reno – 40
  7. Alfa Tauri – 17
  8. Haas – 15
  9. Aston Martin – 7
  10. Uilyams – 3
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: