“Red Bull” rəhbəri Kristian Horner yarış haqqında danışaraq, Formula 1-in növbəti mövsümü haqda maraqlı mülahizəsi ilə diqqət çəkib.
Arena.az bu barədə ESPN-ə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Horner qarşıdakı mövsümdə qaydalarda ciddi dəyişikliklərin olmadığı zaman, komandaların nəticə baxımından bir-birinə daha da yaxınlaşacağı ilə bağlı ehtimalını irəli sürüb:
“Bizim üçün ən böyük təhlükə kimdir? Deyək, hər həftə bu komanda dəyişir. Bir həftə “Ferrari”, o birində “Mersedes”, indi “Maklaren”, mövsümün əvvəlində isə rəqibimiz “Aston Martin” idi.
Beləliklə, biz hər dəfə təqibçilərə baxanda, bir çox cəhətdən bizim inkişaf etməyimizə kömək edənlərdən kimsə olduğunu görürük, lakin onlar ağlasığmaz dərəcədə yaxındırlar.
Qaydaların sabitliyində nəticələrin həmişə yaxınlaşması olacaq. Sıx yürüş istəyirsinizsə, qaydaları rahat buraxın və siz həmişə komandaların və maşınların bir-birinə yaxınlaşdığını görəcəksiniz. Buna görə də mən gələn mövsümün tamamilə başqa olacağını gözləyirəm”, deyə Horner bildirib.
Xatırladaq ki, Formula 1-in cari mövsümündə “Red Bull” təmsilçiləri 12 yarışın hamısında qalib gəliblər.


