Formula 1 üzrə dünya çempionatında 2022-ci il mövsümü davam edir. Arena.az xəbər verir ki, bu gün Avstraliyada mövsümün üçüncü qran-prisi baş tutub.
Melburn şəhərindəki “Albert Park” avtodromunda keçirilən qran-pri “Ferrari”nin pilotu Şarl Leklerin qələbəsiylə yekunlaşıb. Fransalı pilot 58 dövrəlik yarışda 1:27:46.548 göstərici ilə birinci olub. Bu, onun cari mövsümdəki ikinci, karyerasında isə dördüncü belə qələbəsidir. Lekler Bəhreyndə baş tutan mövsümün ilk qran-prisinin də qalibi olmuşdu.
“Red Bull”un meksikalı pilotu Şarl Lekler Melburnda ikinci olub. “Mercedes”in britaniyalı pilotu Corc Rassel isə üçüncü yerlə kifayətlənib.
Son dünya çempionu Maks Ferstappen (“Red Bull”) bolidindəki problem səbəbindən yarışı tamamlaya bilməyib. Niderlandlı pilot 38-ci dövrədə yarışla vidalaşmalı olub. “Aston Martin”in pilotu Sebastyan Fettel də 22-ci dövrədə mübarizəni dayandırmaq məcburiyyətində qalıb. “Ferrari”nin pilotu Karlos Sayns ise yarışın ilk dövrəsindəcə problemlə üzləşib və finiş xəttinə çatmadan mübarizəni dayandırıb.
Üç turdan sonra Şarl Lekler 71 xalla birinci, Corc Rassel 37 xalla ikinci, Karlos Sayns 33 xalla üçüncüdür.
Konstruktorların mübarizəsində “Ferrari” 104 xalla birincidir. “Mersedes” 65 xalla ikinci, “Red Bull” 55 xalla üçüncü pillədə qərarlaşıb.
Formula 1 üzrə dünya çempionatında 2022 mövsümünün növbəti qran-prisi İtaliyada keçiriləcək. Sözügedən yarış aprelin 24-də baş tutacaq.
Pilotların yarışında turnir cədvəli:
- Şarl Lekler (Ferrari) – 71
- Corc Rassell (Mersedes) – 37
- Karlos Sayns (Ferrari) – 33
- Serxio Peres (Red Bull) – 30
- Luis Hamilton (Mersedes) – 28
- Maks Ferstappen (Red Bull) – 25
- Esteban Okon (Alpine-Reno) – 20
- Lando Norris (Maklaren) – 16
- Kevin Maqnussen (Haas) – 12
- Valtteri Bottas (Alfa Romeo) – 12
- Daniel Rikardo (Maklaren) – 8
- Pyer Qasli (Alfa Tauri) – 6
- Yuki Tsunoda (Alfa Tauri) – 4
- Fernando Alonso (Alpine-Reno) – 2
- Jou Quanyu (Alfa Romeo) – 1
- Aleksander Albon (Uilyams) – 1
- Mik Şumaxer (Haas) – 0
- Lens Stroll (Aston Martin) – 0
- Niko Hulkenberq (Aston Martin) – 0
- Nikolas Latifi (Uilyams) – 0
Konstruktorların xal sıralaması:
- Ferrari – 104
- Mersedes – 65
- Red Bull – 55
- Maklaren – 24
- Alpine-Reno – 22
- Alfa Romeo – 13
- Haas – 12
- Alfa Tauri – 10
- Uilyams – 9
- Aston Martin – 0


