Formula 1: Silverstounda Şarl Lekler hamıdan sürətli oldu

Bu gün Formula 1 üzrə dünya çempionatında 2026-cı il mövsümünün növbəti mərhələsinin (9-cu qran-pri) həlledici yarışı baş tutub.

Arena.az xəbər verir ki, budəfəki yarış Silverstounda təşkil olunub.

Böyük Britaniya qran-prisində qələbəni “Ferrari”nin pilotu Şarl Lekler bayram edib. O, 52 dövrəlik yarışda hamıdan sürətli olub. “Mersedes”in sürücüsü Corc Rassel bu dəfə ikinci yerlə kifayətlənib. İlk üçlüyü Şarl Leklerin komanda yoldaşı Luis Hamilton qapayıb.

Beləliklə, geridə qalmış 9 mərhələdən sonra Kimi Antonelli 179 xalla vahid liderdir. İkinci yerdə onun komanda yoldaşı Corc Rassel (154) qərarlaşıb. “Ferrari”nin sürücüsü Luis Hamilton (147) isə ilk üçlüyü qapayır.

Mühəndislər Kubokunda “Mersedes” 333 xalla ilk sırada qərarlaşıb. “Ferrari” 255 xalla ikinci, “Maklaren” isə 179 xalla üçüncü yerdə gedir.

Formula 1 üzrə dünya çempionatında 2026-cı il mövsümünün növbəti – 10-cu qran-prisi Belçikada keçiriləcək. Bu yarış iyulun 19-da Stavelotda təşkil olunacaq.

Formula 1 üzrə dünya çempionatı, 2026

Pilotların yarışında turnir cədvəli:

  1. Kimi Antonelli (Mersedes) – 179
  2. Corc Rassell (Mersedes) – 154
  3. Luis Hamilton (Ferrari) – 147
  4. Şarl Lekler (Ferrari) – 108
  5. Lando Norris (Maklaren) – 97
  6. Oskar Piastri (Maklaren) – 82
  7. Maks Ferstappen (Red Bull) – 76
  8. İsak Hacar (Red Bull) – 52
  9. Pyer Qasli (Alpin) – 42
  10. Liam Louson (Rasinq Bulls) – 39
  11. Arvid Linblad (Rasinq Bulls) – 20
  12. Oliver Berman (Haas) – 18
  13. Franko Kolapinto (Alpin) – 18
  14. Qabriel Bortoleto (Audi) – 6
  15. Karlos Sayns (Uilyams) – 6
  16. Aleksander Albon (Uilyams) – 5
  17. Esteban Okon (Haas) – 3
  18. Fernando Alonso (Aston Martin) – 1
  19. Niko Hulkenberq (Audi) – 0
  20. Serxio Peres (Kadillak) – 0
  21. Valtteri Bottas (Kadillak) – 0
  22. Lens Stroll (Aston Martin) – 0

Mühəndislər Kubokunda xal sıralaması:

  1. Mersedes – 333
  2. Ferrari – 255
  3. Maklaren – 179
  4. Red Bull – 128
  5. Alpin – 60
  6. Rasinq Bulls – 59
  7. Haas – 21
  8. Uilyams – 11
  9. Audi – 6
  10. Aston Martin – 1
  11. Kadillak – 0
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: