Formula 1 üzrə dünya çempionatında 2022-ci il mövsümü davam edir. Arena.az xəbər verir ki, bu gün mövsümün 17-ci qran-prisi baş tutub.
Sinqapur şəhərində təşkil olunmuş Sinqapur qran-prisi “Red Bull”un pilotu Serxio Peresin qələbəsiylə yekunlaşıb. Meksikalı sürücü 59 dövrəlik yarışda 2:02:20.238 göstərici ilə birinci olub. Bu, onun cari mövsümdə 2-ci belə zəfəridir. 2-3-cü yerləri isə “Ferrari”nin pilotları – müvafiq olaraq Şarl Lekler və Karlos Sayns tutublar.
Sonuncu dünya çempionu, bu mövsümün lideri olan Maks Ferstappen isə bu dəfə 7-ci yerlə kifayətlənib. Halbuki, “Red Bull”un niderlandlı sürücüsü bu mövsüm 11 qran-prinin qalibi olub.
17 turdan sonra Maks Ferstappen 341 xalla liderliyini qoruyub. Şarl Lekler 237 xalla ikinci sırada qərarlaşıb. 235 xala malik Serxio Peres isə üçüncüdür.
Konstruktorların mübarizəsində də “Red Bull” 576 xalla zirvədə qərarlaşıb. “Ferrari” 439 xalla ikincidir. İlk üçlüyü 373 xalı olan “Mersedes” qapayır.
Formula 1 üzrə dünya çempionatında 2022 mövsümünün növbəti qran-prisi Yaponiyada keçiriləcək. Sözügedən yarış oktyabrın 9-da Suzuka şəhərində baş tutacaq.
Pilotların yarışında turnir cədvəli:
- Maks Ferstappen (Red Bull) – 341
- Şarl Lekler (Ferrari) – 237
- Serxio Peres (Red Bull) – 235
- Corc Rassell (Mersedes) – 203
- Karlos Sayns (Ferrari) – 202
- Luis Hamilton (Mersedes) – 170
- Lando Norris (Maklaren) – 100
- Esteban Okon (Alpine-Reno) – 66
- Fernando Alonso (Alpine-Reno) – 59
- Valtteri Bottas (Alfa Romeo) – 46
- Daniel Rikkardo (Maklaren) – 29
- Sebastyan Fettel (Aston Martin) – 24
- Pyer Qasli (Alfa Tauri) – 23
- Kevin Maqnussen (Haas) – 22
- Lens Stroll (Aston Martin) – 13
- Mik Şumaxer (Haas) – 12
- Yuki Tsunoda (Alfa Tauri) – 11
- Jou Quanyu (Alfa Romeo) – 6
- Aleksander Albon (Uilyams) – 4
- Nik de Vris (Uilyams) – 2
- Nikolas Latifi (Uilyams) – 0
- Niko Halkenberq (Uilyams) – 0
Konstruktorların xal sıralaması:
- Red Bull – 576
- Ferrari – 439
- Mersedes – 373
- Maklaren – 129
- Alpine-Reno – 125
- Alfa Romeo – 52
- Aston Martin – 37
- Haas – 34
- Alfa Tauri – 34
- Uilyams – 6


