Formula 1: Son çempion Barselonada liderliyi ələ keçirdi

Formula 1 üzrə dünya çempionatında 2022-ci il mövsümü davam edir. Arena.az xəbər verir ki, bu gün mövsümün 6-cı qran-prisi baş tutub.

İspaniyada keçirilən Barselona qran-prisi “Red Bul”un pilotu, son dünya çempionu Maks Ferstappenin qələbəsiylə yekunlaşıb. Niderlandlı pilot 66 dövrəlik yarışda 1:37:20.475 göstərici ilə birinci olub. Bu, Maksın cari mövsümdəki 4-cü oxşar uğurudur. O, Səudiyyə Ərəbistanında, İtaliyada və ABŞ-da baş tutan qran-prilərinin də qalibi olmuşdu.

Barselonadakı yarışda ikinci yeri “Red Bul”un digər pilotu Serxio Peres tutub. “Mersedes”dən Corc Rassel isə üçüncü olub.

Altı turdan sonra Maks Ferstappen 110 xalla liderliyi ələ keçirib. İkinci pilləyə düşən Şarl Leklerin (“Ferrari”) 104 xalı var. Serxio Peres isə 85 xalla üçüncüdür.

Konstruktorların mübarizəsində də “Red Bull” ilk pilləyə yüksəlib. Sözügedən komandanın hesabında 195 xal var. “Ferrari” 169 xalla ikincidir. İlk üçlüyü 120 xalı olan “Mersedes” qapayır.

Formula 1 üzrə dünya çempionatında 2022 mövsümünün növbəti qran-prisi Fransada keçiriləcək. Sözügedən yarış mayın 29-da Monakoda baş tutacaq.

Pilotların yarışında turnir cədvəli:

  1. Maks Ferstappen (Red Bull) – 110
  2. Şarl Lekler (Ferrari) – 104
  3. Serxio Peres (Red Bull) – 85
  4. Corc Rassell (Mersedes) – 74
  5. Karlos Sayns (Ferrari) – 65
  6. Luis Hamilton (Mersedes) – 46
  7. Lando Norris (Maklaren) – 39
  8. Valtteri Bottas (Alfa Romeo) – 38
  9. Esteban Okon (Alpine-Reno) – 30
  10. Kevin Maqnussen (Haas) – 15
  11. Yuki Tsunoda (Alfa Tauri) – 11
  12. Daniel Rikardo (Maklaren) – 11
  13. Pyer Qasli (Alfa Tauri) – 6
  14. Sebastyan Fettel (Aston Martin) – 4
  15. Fernando Alonso (Alpine-Reno) – 4
  16. Aleksander Albon (Uilyams) – 3
  17. Lens Stroll (Aston Martin) – 2
  18. Jou Quanyu (Alfa Romeo) – 1
  19. Mik Şumaxer (Haas) – 0
  20. Niko Hulkenberq (Aston Martin) – 0
  21. Nikolas Latifi (Uilyams) – 0

Konstruktorların xal sıralaması:

  1. Red Bull – 195
  2. Ferrari – 169
  3. Mersedes – 120
  4. Maklaren – 50
  5. Alfa Romeo – 39
  6. Alpine-Reno – 34
  7. Alfa Tauri – 17
  8. Haas – 15
  9. Aston Martin – 6
  10. Uilyams – 3
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: