Formula 1: Son çempion Belçikada da rəqib tanımadı

Formula 1 üzrə dünya çempionatında 2022-ci il mövsümü davam edir. Arena.az xəbər verir ki, bu gün mövsümün 14-cü qran-prisi baş tutub.

Stavelotda təşkil olunmuş Belçika qran-prisi sonuncu dünya çempionu, bu mövsümün lideri olan Maks Ferstappenin qələbəsiylə yekunlaşıb. “Red Bull”un niderlandlı sürücüsü 44 dövrəlik yarışda 1:25:52.894 göstərici ilə birinci olub. Bu, onun cari mövsümdə 9-cu belə zəfəridir.

Ferstappenin komanda yoldaşı Serxio Peres bu yarışda ikinci olub. İlk üçlüyü isə “Ferrari”dən Karlos Sayns qapayıb.

Beləliklə, 14 turdan sonra Maks Ferstappen 284 xalla liderliyini qoruyub. Serxio Peres 191 xalla 2-cidirsə, “Ferrari”dən Şarl Lekler 186 xalla 3-cü pillədə qərarlaşıb.

Konstruktorların mübarizəsində də “Red Bull” 475 xalla zirvədə qərarlaşıb. “Ferrari” 357 xalla ikincidir. İlk üçlüyü 316 xalı olan “Mersedes” qapayır.

Formula 1 üzrə dünya çempionatında 2022 mövsümünün növbəti qran-prisi Niderlandda keçiriləcək. Sözügedən yarış sentyabrın 4-də Zandvort şəhərində baş tutacaq.

Pilotların yarışında turnir cədvəli:

  1. Maks Ferstappen (Red Bull) – 284
  2. Serxio Peres (Red Bull) – 191
  3. Şarl Lekler (Ferrari) – 186
  4. Karlos Sayns (Ferrari) – 171
  5. Corc Rassell (Mersedes) – 170
  6. Luis Hamilton (Mersedes) – 146
  7. Lando Norris (Maklaren) – 76
  8. Esteban Okon (Alpine-Reno) – 64
  9. Fernando Alonso (Alpine-Reno) – 51
  10. Valtteri Bottas (Alfa Romeo) – 46
  11. Kevin Maqnussen (Haas) – 22
  12. Sebastyan Fettel (Aston Martin) – 20
  13. Daniel Rikkardo (Maklaren) – 19
  14. Pyer Qasli (Alfa Tauri) – 18
  15. Mik Şumaxer (Haas) – 12
  16. Yuki Tsunoda (Alfa Tauri) – 11
  17. Jou Quanyu (Alfa Romeo) – 5
  18. Aleksander Albon (Uilyams) – 4
  19. Lens Stroll (Aston Martin) – 4
  20. Nikolas Latifi (Uilyams) – 0

Konstruktorların xal sıralaması:

  1. Red Bull – 475
  2. Ferrari – 357
  3. Mersedes – 316
  4. Alpine-Reno – 115
  5. Maklaren – 95
  6. Alfa Romeo – 51
  7. Haas – 34
  8. Alfa Tauri – 29
  9. Aston Martin – 24
  10. Uilyams – 4
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: