Formula 1 üzrə dünya çempionatında 2022-ci il mövsümü davam edir. Arena.az xəbər verir ki, bu gün mövsümün 4-cü qran-prisi baş tutub.
İtaliyanın İmola şəhərində keçirilən qran-pri “Red Bul”un pilotu, son dünya çempionu Maks Ferstappenin qələbəsiylə yekunlaşıb. Niderlandlı pilot 63 dövrəlik yarışda 1:32:07.986 göstərici ilə birinci olub. Bu, Maksın cari mövsümdəki ikinci oxşar uğurudur. O, Səudiyyə Ərəbistanında baş tutan mövsümün ikinci qran-prisinin də qalibi olmuşdu.
İmoladakı yarışda ikinci yeri də elə Ferstappenin komanda yoldaşı Serxio Peres tutub. “Maklaren”in pilotu Lando Norris üçüncü olub.
Dörd turdan sonra “Ferrari”nin pilotu Şarl Lekler 86 xalla birinci, Maks Ferstappen 59 xalla ikinci, Serxio Peres isə 54 xalla üçüncüdür.
Konstruktorların mübarizəsində “Ferrari” 124 xalla birincidir. “Red Bull” 113 xalla ikinci, “Mersedes” 77 xalla üçüncü pillədə qərarlaşıb.
Formula 1 üzrə dünya çempionatında 2022 mövsümünün növbəti qran-prisi ABŞ-ın Florida ştatında keçiriləcək. Sözügedən yarış mayın 8-də Mayamidə baş tutacaq.
Pilotların yarışında turnir cədvəli:
- Şarl Lekler (Ferrari) – 86
- Maks Ferstappen (Red Bull) – 59
- Serxio Peres (Red Bull) – 54
- Corc Rassell (Mersedes) – 49
- Karlos Sayns (Ferrari) – 38
- Lando Norris (Maklaren) – 35
- Luis Hamilton (Mersedes) – 28
- Valtteri Bottas (Alfa Romeo) – 24
- Esteban Okon (Alpine-Reno) – 20
- Kevin Maqnussen (Haas) – 15
- Daniel Rikardo (Maklaren) – 11
- Yuki Tsunoda (Alfa Tauri) – 10
- Pyer Qasli (Alfa Tauri) – 6
- Sebastyan Fettel (Aston Martin) – 4
- Fernando Alonso (Alpine-Reno) – 2
- Jou Quanyu (Alfa Romeo) – 1
- Aleksander Albon (Uilyams) – 1
- Lens Stroll (Aston Martin) – 1
- Mik Şumaxer (Haas) – 0
- Niko Hulkenberq (Aston Martin) – 0
- Nikolas Latifi (Uilyams) – 0
Konstruktorların xal sıralaması:
- Ferrari – 124
- Red Bull – 113
- Mersedes – 77
- Maklaren – 46
- Alfa Romeo – 25
- Alpine-Reno – 22
- Alfa Tauri – 16
- Haas – 15
- Aston Martin – 5
- Uilyams – 1


