Formula 1 üzrə dünya çempionatında 2022-ci il mövsümü davam edir. Arena.az xəbər verir ki, bu gün mövsümün 5-ci qran-prisi baş tutub.
ABŞ-ın Florida ştatında keçirilən Mayami qran-prisi “Red Bul”un pilotu, son dünya çempionu Maks Ferstappenin qələbəsiylə yekunlaşıb. Niderlandlı pilot 57 dövrəlik yarışda 1:34:24.258 göstərici ilə birinci olub. Bu, Maksın cari mövsümdəki üçüncü oxşar uğurudur. O, Səudiyyə Ərəbistanında və İtaliyada baş tutan mövsümün ikinci və dördüncü qran-prilərinin də qalibi olmuşdu.
Mayamidəki yarışda ikinci və üçüncü yeri “Ferrari”nin pilotları tutub. Şarl Lekler ikinci, Karlos Sayns üçüncü olub.
Beş turdan sonra Şarl Lekler 104 xalla birinci, Maks Ferstappen 85 xalla ikinci, Serxio Peres isə 66 xalla üçüncüdür.
Konstruktorların mübarizəsində “Ferrari” 157 xalla birincidir. “Red Bull” 151 xalla ikinci, “Mersedes” 95 xalla üçüncü pillədə qərarlaşıb.
Formula 1 üzrə dünya çempionatında 2022 mövsümünün növbəti qran-prisi İspaniyada keçiriləcək. Sözügedən yarış mayın 22-də Barselonada baş tutacaq.
Pilotların yarışında turnir cədvəli:
- Şarl Lekler (Ferrari) – 104
- Maks Ferstappen (Red Bull) – 85
- Serxio Peres (Red Bull) – 66
- Corc Rassell (Mersedes) – 59
- Karlos Sayns (Ferrari) – 53
- Luis Hamilton (Mersedes) – 36
- Lando Norris (Maklaren) – 35
- Valtteri Bottas (Alfa Romeo) – 30
- Esteban Okon (Alpine-Reno) – 24
- Kevin Maqnussen (Haas) – 15
- Daniel Rikardo (Maklaren) – 11
- Yuki Tsunoda (Alfa Tauri) – 10
- Pyer Qasli (Alfa Tauri) – 6
- Sebastyan Fettel (Aston Martin) – 4
- Aleksander Albon (Uilyams) – 3
- Fernando Alonso (Alpine-Reno) – 2
- Lens Stroll (Aston Martin) – 2
- Jou Quanyu (Alfa Romeo) – 1
- Mik Şumaxer (Haas) – 0
- Niko Hulkenberq (Aston Martin) – 0
- Nikolas Latifi (Uilyams) – 0
Konstruktorların xal sıralaması:
- Ferrari – 157
- Red Bull – 151
- Mersedes – 95
- Maklaren – 46
- Alfa Romeo – 31
- Alpine-Reno – 26
- Alfa Tauri – 16
- Haas – 15
- Aston Martin – 6
- Uilyams – 3


