“Formula 1” üzrə dünya çempionatının 2022-ci il mövsümünün bütün qran-prilərinin təqvimi müəyyənləşib. Arena.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
Bu il ərzində rekord sayda – 23 yarışın təşkili planlaşdırılır. Birinci mərhələ martın 20-də Bəhreyndə təşkil olunacaq. Azərbaycan qran-prisi isə 12 iyunda olacaq.
Təqvimə ilk dəfə daxil edilmiş Mayami qran-prisi mayın 8-də keçiriləcək. Mövsümə noyabrın 20-də Abu Dabi qran-prisi ilə yekun vurulacaq.
Bu il həmçinin, Sinqapur, Melburn və Monreal qran-priləri təqvimə qayıdacaq. Onlar 2021-ci ildə koronavirus üzündən keçirilməyib.
“Formula 1” üzrə 2022-ci mövsümünün təqvimi (Bakı vaxtı ilə)
- Bəhreyn qran-prisi – 20 mart, saat 19:00
- Səudiyyə Ərəbistanı qran-prisi – 27 mart, saat 21:00
- Avstraliya qran-prisi – 10 aprel, saat 09:00
- Emiliya-Romanyi qran-prisi – 24 aprel, saat 17:00
- Mayami qran-prisi — 8 may, saat 23:30
- İspaniya qran-prisi — 22 may, saat 17:00
- Monako qran-prisi — 29 may, saat 17:00
- Azərbaycan qran-prisi — 12 iyun, saat 15:00
- Kanada qran-prisi — 19 iyun, saat 22:00
- Böyük Britaniya qran-prisi — 3 iyul, saat 18:00
- Avstriya qran-prisi — 10 iyul, saat 17:00
- Fransa qran-prisi — 24 iyul, saat 17:00
- Macarıstan qran-prisi — 31 iyul, saat 17:00
- Belçika qran-prisi — 28 avqust, saat 17:00
- Niderland qran-prisi — 4 sentyabr, saat 17:00
- İtaliya qran-prisi — 11 sentyabr, saat 17:00
- Rusiya qran-prisi — 25 sentyabr, saat 15:00
- Sinqapur qran-prisi — 2 oktyabr, saat 16:00
- Yaponiya Qran-prisi — 9 oktyabr, saat 09:00
- ABŞ qran-prisi — 23 oktyabr, saat 23:00
- Meksika qran-prisi — 30 oktyabr, saat 23:00
- Braziliya qran-prisi — 13 noyabr, saat 22:00
- Abu Dabi qran-prisi — 20 noyabr, saat 17:00


