Bu gün Formula 1 üzrə dünya çempionatında 2023-cü il mövsümünün növbəti və sonuncu mərhələsi – 22-ci qran-prisi baş tutub.
Arena.az xəbər verir ki, həlledici qran-pri Birləşmiş Ərəb Əmirliklərində təşkil olunub.
Əbu-Dabi qran-prisi də bu mövsüm çempionluğu xeyli öncə təmin etmiş “Red Bull”un üzvü Maks Ferstappenin qələbəsiylə yekunlaşıb. Niderlanddan olan 25 yaşlı pilot 58 dövrəlik yarışı 1:27:02.624 göstərici ilə ilk sırada bitirib.
Bu, onun cari mövsümdə 19-cu qələbəsidir. Ferstappen bu mövsüm Bəhreyn, Avstraliya, Mayami, Monako, İspaniya, Kanada, Avstriya, Böyük Britaniya, Macarıstan, Belçika, Niderland, İtaliya, Yaponiya, Qətər, ABŞ, Meksika və Braziliya və Las Veqas qran-prilərinin də qalibi olmuşdu.
Ferstappen bir mövsüm ərzində 19-cu qələbəsini qazanmaqla bu göstərici üzrə əvvəlki rekordunu da yeniləyib.
“Ferrari”nin üzvü Şarl Lekler Əbu-Dabidəki yarışda finiş xəttini ikinci keçib. İlk üçlüyü “Mersedes”in pilotu Corc Rassel qapayıb.
Beləliklə, 22 tur ərzində 575 xal toplamış “Red Bull”un üzvü Maks Ferstappen birinci olubsa, onun komanda yoldaşı Serxio Peres 285 xalla ikinci yeri tutub. İlk üçlüyü 234 xala malik Luis Hamilton (“Mersedes”) qapayıb.
Mühəndislər Kubokunda da “Red Bull” 860 xalla mövsümü zirvədə bitirib. 409 xal toplamış “Mersedes” ikinci olub. “Ferrari” isə 406 xalla üçüncü yeri tutub.
2023-cü il mövsümünün ekun göstəricilərini təqdim edirik:
Dünya çempionatı, 2023
Pilotların yarışında turnir cədvəli:
- Maks Ferstappen (Red Bull) – 575
- Serxio Peres (Red Bull) – 285
- Luis Hamilton (Mersedes) – 234
- Fernando Alonso (Aston Martin) – 206
- Şarl Lekler (Ferrari) – 206
- Lando Norris (Maklaren) – 205
- Karlos Sayns (Ferrari) – 200
- Corc Rassell (Mersedes) – 175
- Oskar Piastri (Maklaren) – 97
- Lens Stroll (Aston Martin) – 74
- Pyer Qasli (Alpine-Reno) – 62
- Esteban Okon (Alpine-Reno) – 58
- Aleksander Albon (Uilyams) – 27
- Yuki Tsunoda (Alfa Tauri) – 17
- Valtteri Bottas (Alfa Romeo) – 10
- Niko Hulkenberq (Haas) – 9
- Daniel Rikkardo (Alfa Tauri) – 6
- Jou Quanyu (Alfa Romeo) – 6
- Kevin Maqnussen (Haas) – 3
- Liam Louson (Alfa Tauri) – 2
- Loqan Sarcent (Uilyams) – 1
- Nik De Vris (Alfa Tauri) – 0
Mühəndislər Kubokunda xal sıralaması:
- Red Bull – 860
- Mersedes – 409
- Ferrari – 406
- Maklaren – 302
- Aston Martin – 280
- Alpin-Reno – 120
- Uilyams – 28
- Alfa Tauri – 25
- Alfa Romeo – 16
- Haas – 12


