Bu gün Avstraliyada keçirilmiş ilk qran-pri ilə Formula 1 üzrə dünya çempionatının 2025-ci il mövsümünə start verilib.
Arena.az xəbər verir ki, yeni mövsümün ilk qran-prisi Melburn şəhərində təşkil olunub.
Avstraliya qran-prisi ötən mövsümü ikinci pillədə bitirmiş Lando Norrisin qələbəsiylə yekunlaşıb. Britaniyalı 25 yaşlı pilot 57 dövrəlik yarışı ilk sırada bitirib. Bu, onun karyerasında 5-ci qələbəsidir.
“Red Bull”un üzvü, ötən mövsümün qalibi olmuş Maks Ferstappen bu yarışda ikinci yeri tutub. İlk üçlüyü “Mersedes”in üzvü Corc Rassel qapayıb.
Formula 1 üzrə dünya çempionatında 2025-ci il mövsümünün növbəti – 2-ci qran-prisi Çində keçiriləcək. Şanxay şəhərində baş tutacaq bu yarış martın 23-də təşkil olunacaq.
Dünya çempionatı, 2025
Pilotların yarışında turnir cədvəli:
- Lando Norris (Maklaren) – 25
- Maks Ferstappen (Red Bull) – 18
- Corc Rassell (Mersedes) – 15
- Andre Kimi Antonelli (Mersedes) – 12
- Aleksander Albon (Uilyams) – 10
- Lens Stroll (Aston Martin) – 8
- Niko Hulkenberq (Zauber) – 6
- Şarl Lekler (Ferrari) – 4
- Oskar Piastri (Maklaren) – 2
- Luis Hamilton (Ferrari) – 1
- Pyer Qasli (Alpin) – 0
- Yuki Tsunoda (Rasinq Bulls) – 0
- Esteban Okon (Haas) – 0
- Oliver Berman (Haas) – 0
Mühəndislər Kubokunda xal sıralaması:
- Maklaren – 27
- Mersedes – 27
- Red Bull – 18
- Uilyams – 10
- Aston Martin – 8
- Zauber – 6
- Ferrari – 5
- Alpin – 0
- Rasinq Bulls – 0
- Haas – 0


