Fransa kubokunda ilk 2 yarımfinalçı məlum oldu

Bu gün futbol üzrə Fransa kubokunda 2024/2025-ci illər mövsümünün 1/4 final mərhələsinin oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Liqa 1 təmsilçilərindən “Reyms” “Anje” ilə, “Genqam” isə “Kann”la qarşılaşıb. “Anje” penaltilər seriyasında qalib gəlməklə, “Kann” isə inamlı qələbə sayəsində növbəti mərhələyə yüksəlib.

Mərhələnin qalan iki oyunu sabah keçiriləcək. Fransa nəhəngi PSJ yarımfinala vəsiqə uğrunda “Brioşen”lə üz-üzə gələcək. “Brest” isə “Dunkerk”i sınağa çəkəcək.

Xatırladaq ki, Fransa Kubokunda 2023/2024-cü illər mövsümünün qalibi PSJ olub. Paris təmsilçisi cari mövsümdə də bu turnirin əsas favoritidir.

Fransa Kuboku
1/4 final
25 fevral

Anje – Reyms 1:1 (penaltilər 3:5)
Qol: Dienq, 90+5 – Nakamura, 79.

Kann – Genqam 3:1
Qollar: Abbas, 23. Qonsalves, 30. Dominqes, 69 – Sive, 46.

26 fevral

22:00. Brest – Dunkerk
00:10. Brioşen – PSJ

Xəbəri sosial şəbəkələrdə paylaş: