Bu gün futbol üzrə İtaliya Kubokunda 2023/2024 mövsümünün 1/8 final mərhələsinin daha bir qarşılaşması baş tutub.
Arena.az xəbər verir ki, üçüncü oyun gününün yeganə matçı A Seriyasının sonuncu qalibi “Napoli” ilə “Frozinone” arasında baş tutub.
Neapol təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb. Gözlənilməz darmadağına sevinən “Frozinone” 1/4 finala növbəti vəsiqənin sahibinə çevrilib.
Xatırladaq ki, daha öncə “Latsio” və “Fiorentina” da 1/4 finala vəsiqə qazanmışdılar.
İtaliya Kubokunda 1/8 finalın qalan görüşləri gələn ilin yanvar ayına qədər davam edəcək.
İtaliya Kuboku
1/8 final
5 dekabr
Latsio – Cenoa 1:0
6 dekabr
Fiorentina – Parma 2:2 (penaltilər 4:1)
19 dekabr
Napoli – Frozinone 0:4
20 dekabr
00:00. İnter – Bolonya
2 yanvar
00:00. Milan – Kalyari
3 yanvar
21:00. Atalanta – Sassuoloo
00:00. Roma – Kremoneze
4 yanvar
00:00. Yuventus – Salernitana


