“Fulhem”in hücumçusunda koronavirus aşkarlandı

Futbol üzrə Serbiya millisinin və İngiltərənin “Fulhem”in hücumçusu Aleksandar Mitroviçdə koronavirus aşkarlanıb.

Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

27 yaşlı hücumçu bu səbəbdən Premyer Liqanın 27-ci turu çərçivəsində keçirilmiş “Everton” – “Fulhem” matçını (2:0) da buraxmalı olub.

Çünki serb futbolçudan bu oyundan öncə götürülmüş COVİD-19 testinin nəticəsi pozitiv çıxıb. Aleksandar Mitroviçin qarşıdakı bir neçə oyunu da buraxacağı gözlənilir.