Furlani: “Milan” üçün mövsümü əldən getmiş saymaq olar”

“Milan”ın prezidenti Corco Furlani İtaliya Kubokunun finalında “Bolonya”ya məğlubiyyəti (0:1) şərh edərək, vəziyyəti qiymətləndirib.

Arena.az “Milan News” dərgisinə istinadən, Furlaninin müvafiq açıqlamasını təqdim edir:

“İlk növbədə, mən “Bolonya”nı tarixi uğuru münasibətilə təbrik etmək istəyirəm. İndi isə bizim yaşadığımız haqda…

Gizlətməyəcəyik: cari mövsümü əldən getmiş adlandırmaq olar. Super Kubokun qalibi olmağımıza rəğmən, biz, qarşımızda müəyyənləşdirdiyimiz hədəflərdən hələ də uzağıq. Bizim, iki oyunumuz qalıb, biz onları nikbin ruhda başa vurmağa çalışmalıyıq, hətta məqsədlərimiz bizə əlçatan görünməsələr belə. Biz azarkeşlərimizin pərişanlığını başa düşürük: ciddi səhvlər buraxmışıq, bizə onların üzərində də çalışmaq lazım gələcək ki, hamımızın gözlədiyi səviyyəyə qayıda bilək.

Yenidənqurma? Hazırda bizə duyğular hakimdirlər – bu, məğlubiyyətdən və qəniməti qazanmaq imkanının əldən verilməsindən doğmuş pərişanlıqdır. Bu suala cavabla bağlı tələsmək istəmirəm. Bizim ixtiyarımızda 12 gün var və iki oyunumuz qalıb, bundan sonra biz qərarlar qəbul edəcək və sonra nə etmək gərək olduğuna baxıb-görəcəyik”, deyə Corco Furlanı vurğulayıb.

Xatırladaq ki, “Milan” cari mövsümdə İtaliya Kubokunun finalında uduzmaqla yanaşı, İtaliya A Seriyasında və Çempionlar Liqasında da uğursuzluq yaşayıb.

Çempionlar Liqasında “rossoneri” çıxışına yarışın final mərhələsinin 1/16 finalında – ələmə mərhələsində xitam verib.

İtaliya A Seriyasında isə “Milan” 36 oyundan toladığı 60 xalla yarış cədvəlinin 8-ci pilləsində qərarlaşıb. “Rossoneri” növbəti mövsümün avrokubok yarışlarına vəsiqə qazana bilməmək təhlükəsi ilə üz-üzədir.

“Milan”ın yeganə təsəllisi 2025-ci ilin İtaliya Super Kubokunun finalında əzəli rəqibi “İnter”i yenərək (3:2) qazandığı müvafiq qənimətdir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: