Futbolçular İngiltərə Futbol Assosiasiyasını məhkəməyə verdilər

25 sabiq futbolçu, o cümlədən Premyer Liqada çıxış etmiş üç futbolçu, İngiltərə Futbol Assosiasiyasını (The FA) məhkəməyə veriblər.

Arena.az bu barədə “Daily Mail” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, futbolçular İngiltərə Futbol Assosiasiyasını onları travmatik beyin zədələrindən kifayət qədər müdafiə etməməkdə ittiham edərək məhkəməyə veriblər. İlk məhkəmə iclası yeni ilə təyin edilib.

Təzminat istəyən bütün oyunçular xroniki travmatik ensefalopatiya və beyin sarsıntısından sonrakı sindrom kimi qalıcı nevroloji zədələrdən əziyyət çəkirlər.

Hazırda iddiaçılar məxfiliklərini saxlamağa üstünlük verirlər, lakin bu iş üzrə ilk məhkəmə iclasının keçiriləcəyi tarixdə, yanvarın 16-da kimliklərini açıqlaya bilərlər.

Futbolçuların əksəriyyətinin 60-70 yaşı var, çünki müvafiq zədələrdən sona səhhətlə bağlı fəsadlar məhz bu yaş dövründə yaranır. Bununla belə, iddiaçılar arasında 30 yaşından etibarən səhhəti ilə bağlı fəsadlar yaşamağa başlayan gənc oyunçular var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: