Georgi Mamardaşvili dünyanın ən bahalı qapıçısı oldu

Futbol üzrə Gürcüstan millisinin və İspaniyanın “Valensiya” klubunun qapıçısı Georgi Mamardaşvili dünyanın ən bahalı qapıçısına çevrilib.

Arena.az məlumat verir ki, “Transfermarkt” internet-portalı ənənəvi olaraq ilk yarımil üçün ən bahalı qapıçıların siyahısını təqdim edib.

Siyahının zirvəsində məhz gürcü qapıçı Mamardaşvili yer alıb.

Almaniyada keçirilmiş Avropa çempionatından (AÇ-2024) sonra gürcü qapıçının transfer qiyməti 35 milyon avro məbləğdən 10 milyon avro məbləğində yüksələrək, hazırda 45 milyon avro məbləğ təşkil edir. Bu isə 23 yaşlı Mamardaşvilinin dünyanın iki ən bahalı qapıçısından biri olması deməkdir.

“Transfermarkt” internet-portalına görə dünyanın ən bahalı 10 qapıçısı:

  1. Georgi Mamardaşvili (Gürcüstan, “Valensiya) – 45 milyon avro;
  2. Dioqo Kosta (Portuqaliya, “Portu”) – 45 milyon avro;
  3. Canluici Donnarumma (İtaliya, PSJ) – 40 milyon avro;
  4. Qreqor Kobel (İsveçrə, Dortmund “Borussiya”sı) – 40 milyon avro;
  5. Mayk Menyan (Fransa, “Milan”) – 38 milyon avro;
  6. Qulyelmo Vikario (İtaliya, “Tottenhem”) – 35 milyon avro;
  7. David Raya (İspaniya, “Arsenal”) – 35 milyon avro;
  8. Ederson (Braziliya, “Mançester Siti”) – 35 milyon avro;
  9. Andre Onana (Kamerun, “Mançester Yunayted”) – 35 milyon avro;
  10. Unai Simon (İspaniya, Bilbao “Atletik”i) – 30 milyon avro.
Xəbəri sosial şəbəkələrdə paylaş: