Gökhan Gönül millinin baş məşqçisi təyin olundu

Türkiyə millisinin sabiq futbolçusu Gökhan Gönül ölkəsinin 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi təyin edilib.

Arena.az xəbər verir ki, qərar Türkiyə Futbol Federasiyasının İdarə Heyətinin sonuncu iclasında qəbul olunub.

39 yaşlı sabiq müdafiəçi 2024-cü ilin mart ayından U-21-də köməkçi məşqçi vəzifəsini icra edirdi. Türkiyənin gənclərdən ibarət yığmasına bu vaxta kimi Levent Sürme rəhbərlik edirdi.

Xatırladaq ki, Gökhan Gönül peşəkar futbolçu karyerasını 2023-cü ilin yayında başa vurub. O, son olaraq “Rizəspor”un formasını geyinib. Keçmiş müdafiəçi daha öncə “Fənərbaxça”, “Beşiktaş”, “Hacettepe” kimi klublarda da forma geyinib.

Gökhan Türkiyə millisində 66 oyun keçirib, 1 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: