Azərbaycan şahmatçısı Gövhər Beydullayeva İtaliyanın Sardiniya adasında keçirilən dünya çempionatının qalibi olub.
Arena.az xəbər verir ki, 20 yaşa qədər şahmatçılar arasında təşkil olunmuş rapid üzrə dünya çempionatında Azərbaycan təmsilçiləri də mübarizə aparıblar.
Gövhər Beydullayeva 11 oyundan 9 xal toplayaraq çempionatı birinci pillədə başa vurub. Dünya çempionu olan şahmatçımız tarixi uğura imza atıb.
Azərbaycanın digər şahmatçısı Məhəmməd Muradlı 6,5 xalla 13-cü yerdə qərarlaşıb.
Xatırladaq ki, sabah İtaliyada şahmatın blits növü üzrə dünya çempionatı başlayacaq.


