Güləş yığmalarımız üçün Varşava sınağı

Bu gün Polşanın paytaxtı Varşavada təşkil olunmuş güləş üzrə “Poland Open” beynəlxalq turnirinə start verilib.

Arena.az xəbər verir ki, iyulun 30-na qədər davam edəcək yarışda ölkəmizi qadın və sərbəst güləşçilər təmsil edəcəklər.

İyulun 27-28-də qadın güləşi üzrə mübarizə baş tutacaq. Baş məşqçi Semyon Şterevin rəhbərliyi altında Mariya Stadnik (50 kq), Jalə Əliyeva (57 kq) və Elis Manolova (62 kq) qüvvəsini sınayacaq.

Yarışın son iki günündə isə baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında sərbəst güləşçilər çıxış edəcək. Heyətdə bu güləşçiləri yer alıblar:

Əliabbas Rzazadə (61 kq)
Hacı Əliyev (65 kq)
Maqomed-Başir Xaniyev (70 kq)
Turan Bayramov, Cəbrayıl Qadjiyev, Xadjimurad Qadjiyev (hamısı 74 kq)
Osman Nurmaqomedov (92 kq)
Georgi Meşvildişvili (125 kq)

Qeyd edək ki, ənənəvi turnirdə 2-ci kateqoriyalı hakim Zaur Şərifov ədaləti qoruyacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: