Hansi Flik “Barselona” ilə yeni müqaviləyə imza atdı!

Futbol üzrə İspaniya çempionu “Barselona” almaniyalı baş məşqçisi Hansi Flik ilə müqavilənin müddətinin uzadıldığını açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

61 yaşlı almaniyalı mütəxəssisin yeni sözləşməsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti 2027-ci ilin 30 iyununda başa çatacaqdı.

Xatırladaq ki, Hansi Flik 2024-cü ilin yayında Xavi Ernandesin əvəzində “Barselona”ya baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında komanda ilk mövsümdə La Liqanı, İspaniya Kubokunu və Super Kubokunu qazanıb. Flikli “Barselona” 2025/2026-cı illər mövsümünü də İspaniya çempionu kimi başa vurub.

“Barselona” Flikin rəhbərliyi altında bütövlükdə 116 oyuna çıxıb, 88 qələbə qazanıb, 10 heç-heçə edib, 18 məğlubiyyətə üzülüb.

Xəbəri sosial şəbəkələrdə paylaş: