Hansi Flik “Barselona”da 100-ə çatdı

Futbol üzrə İspaniya çempionu “Barselona”nın almaniyalı baş məşqçisi Hansi Flik Kataloniya təmsilçisi ilə 100-cü oyununa çıxıb.

Arena.az xəbər verir ki, onun yubileyi İspaniya La Liqasının ötən gecə baş tutmuş “Vilyarreal”la ev oyununa təsadüf edib.

“Barselona” sözügedən matçdan 4:1 hesablı qələbə ilə ayrılıb. Flik bu uğura görə böyük sevinc hissi keçirdiyini bildirib:

“Barselona”dakı 100-cü oyunumda qələbə qazandığım üçün çox şadam. Həqiqətən çox xoşbəxtəm. Bu gün ailəm də oyunu izləmək üçün bura gəlmişdi”.

Xatırladaq ki, bu qarşılaşmada Lamin Yamal het-trik müəllifi olub. Hazırda “Barselona” turnir cədvəlində “Real”ı 4 xal qabaqlayaraq liderliyini davam etdirir.

Hansi Flik 2024-cü ilin yayında Xavi Ernandesin əvəzində “Barselona”ya baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında komanda ilk mövsümdə La Liqanı, İspaniya Kubokunu və Super Kubokunu qazanıb.

“Barselona” Flikin rəhbərliyi altında keçirdiyi 100 oyunda 75 qələbə qazanıb, 9 heç-heçə edib, 16 məğlubiyyətə üzülüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: