Hansi Flik “Borussiya” üzərində darmadağını şərh etdi

“Barselona”nın baş məşqçisi Hansi Flik Çempionlar Liqasının 1/4 finalında Dortmund “Borussiya”sı ilə ilk oyunu (4:0) şərh edib.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, alman mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Biz mərhələni hələ keçməmişik. Bu qədər qolla qələbə vacibdir: komanda bunca yaxşı oynayanda, qollar çay kimi axır… Biz mərhələni adladığımız haqda düşünmürük, çünki sonra nə baş verəcəyini sadəcə olaraq bilmirsən. Futbol – sərsəmlikdir. Biz elə, gələn həftə də eynilə köklənmiş olacağıq”, deyə Hansi Flik vurğulayıb.

Komandalar arasındakı cavab oyunu aprelin 15-də Dortmundda baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: