Hansi Flik Xavinin rekordunu təkrarladı

İspaniya La Liqasının 28-ci turunun Madrid “Atletiko”su ilə səfər oyunu “Barselona”nın baş məşqçisi Hansi Flik üçün əlamətdar olub.

Arena.az xatırladır ki, “Barselona” Madrid “Atletiko”su ilə səfər oyununda 4:3 hesablı əzmkar qələbə qazanıb.

Bu qələbə sayəsində “Barselona”nın alman baş məşqçisi bu komandanın sükanı arxasında 18 oyunluq məğlubiyyətsiz silsiləyə müvəffəq olub.

Beləcə, Hansi Flik “Barselona”nın keçmiş baş məşqçisi, ispan mütəxəssis Xavi Ernandesin rekordunu təkrarlayıb. Xavi 2021-2024-cü illər aralığında “baluqrana” ilə məhz 18 oyunluq məğlubiyətsiz silsiləyə müvəffəq olmuşdu.

Flikin “Barselona”sı sonuncu dəfə ötən ilin dekabr ayının 21-də La Liqanın 18-ci turu çərçivəsində doğma meydanın elə, Madrid “Atletiko”suna məğlub olmuşdu. O vaxtdan bəri “blauqrana” 15 qələbə və 3 heçə-heçə ilə müvafiq silsiləsini sürdürür. Göründüyü kimi, Flik rekordunu daha da yaxşılaşdıra bilər.

Cari mövsümdə keçirdiyi 27 oyunda 60 xal toplamış “Barselona” İspaniya La Liqasının yarış cədvəlinə başçılıq edir. “Atletiko” isə 28 oyundan 56 xalla 3-cü pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: