Avropa Liqasının 3-cü təsnifat mərhələsinin HJK – “Qarabağ” oyunu meydan sahiblərinin 1:2 hesablı məğlubuyyəti ilə başa çatdı.
Arena.az Helsinkidə baş tutan bu matçın yekun protokolunu və icmalını təqdim edir.
Xatırladaq ki, Azərbaycan təmsilçisi bu rəqibinə Bakıda da oxşar hesabla qalib gəlmişdi.
Avropa Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu
17 avqust
HJK – “Qarabağ” 1:2
Qollar: Santeri Hostikka, 10 – Toral Bayramov, 45+3-pen. Yassin Benzya, 56.
Qırmızı vərəqə: Kevin Kuassivi-Benissan, 16 (ikinci sarı).
Baş hakim: Villi Delayod (Fransa).
Helsinki. “Bolt Arena”.
İlk oyun – 1:2.
HJK: 85. Niki Myanpa, 2. Tuomas Ollila (14. Matti Peltola, 46), 4. Yoona Toyvio, 9. Boyan Raduloviç (17. Hassane Bande, 62), 10. Lukas Linqman, 15. Miro Tenho (k) (6. Aapo Halme, 39), 18. Topi Keskinen, 22. Yukka Raytala, 24. Georgios Kanellopulos (56. Perparim Hetemay, 62), 27. Kevin Kuassivi-Benissan, 7. Santeri Hostikka (29. Entoni Olusanya, 46).
Ehtiyat oyunçular: 1. Yesse Öst, 78. Aleks Ramula, 3. Nikolas Hyömyölöynen, 5. Kristofer Da Qrasa, 8. Filip Rogiç, 11. Roope Riski, 37. Atomu Tanaka.
Baş məşqçi: Toni Korkeakunnas.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev (k), 13. Bəhlul Mustafazadə (55. Bədavi Hüseynov, 46), 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov (5. Maksim Medvedev, 86), 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzya, 15. Leandro Andrade (90. Nəriman Axundzadə, 79), 10. Abdullah Zubir, 19. Redon Cica (18. Juninyo, 73).
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 20. Riçard Almeyda, 66. Patrik Andrade, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.


