İkinci Liqa: 9-cu turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan çempionatının İkinci Liqasında 2026/2027-ci illər mövsümünün 9-cu turunun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.

9-cu turun görüşləri üç günü əhatə edəcək. Qarşılaşmalar noyabrın 1-də, 2-də və 3-də keçiriləcək. İlk oyun günündə 1, ikinci oyun günündə 2, sonuncu gündə isə 3 görüş baş tutacaq.

İkinci Liqa
9-cu tur

1 noyabr

“Ağstafa Gəncləri” – “Şəki”
Ağstafa şəhər stadionu, 15:00.

2 noyabr

“Difai” – “Hypers”
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.

“Ağdaş” – “Kür-Araz”
Ağdaş şəhər stadionu, 14:00.

3 noyabr

“Zəngəzur” – “Şəmkir”
Binə qəsəbə stadionu, 11:00.

“Marafon” – “Qaradağ Lökbatan”
“Marafon Arena”, 14:30.

“Dinamo” – “Şirvan”
Binə qəsəbə stadionu, 15:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: