Bu gün futbol üzrə Azərbaycan çempionatının İkinci Liqasında 2026/2027-ci illər mövsümünün 4-cü turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Şirvan” doğma meydanda “Şəki”yə 6 cavabsız qolla qalib gəlib. “Marafon” isə “Ağstafa Gəncləri”ni məğlub edib.
4-cü turun qalan görüşləri sabah baş tutacaq.
İkinci Liqa
4-cü tur
20 sentybar
“Şirvan” – “Şəki” 6:0
Qollar: Amil Yunanov, 5; 13; 28; 76. Çingiz Məmmədov, 38. Elcan Məmmədov, 42.
Hakimlər: Sənan Bayramzadə, Əkbər Əliyev, Sadiq Əliyev, Rəsul Babayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 15:30.
“Marafon” – “Ağstafa Gəncləri” 2:1
Qollar: Emil Quluzadə, 23. Fərid Nadirov, 38 – Ramin Süleymanov, 56.
Hakimlər: Rasim Musayev, Rizvan Süleymanov, Ruslan Məmmədov, Hacıağa Həsənov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.
21 sentyabr
“Ağdaş” – “Zəngəzur”
Hakimlər: Nahid Xasıyev, Hüseyn Vəliyev, Təhmin Cəlilbəyli, Vaqif Vəliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Ağdaş şəhər stadionu, 15:30.
“Hypers” – “Dinamo”
Hakimlər: Kamil Aydınov, Cavid Ömərov, Tural Bayramov, Mehdi Yusifov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Bərdə şəhər stadionu, 15:30.
“Kür-Araz” – “Difai”
Hakimlər: Nəriman Ağayev, Nurlan Əhmədzadə, Samir Cabbarov, Samir Musayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 16:00.
“Qaradağ Lökbatan” – “Şəmkir”
Hakimlər: Elçin Abdullayev, Ağadur Mahmudov, Elvin Mədətov, Ləman Əmirli.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00.


