İnam Kərimov Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) prezidenti kimi fəaliyyətini dayandırıb. Arena.az xəbər verir ki, bu barədə AAAF-ın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, bu qərar İnam Kərimovun Ali Məhkəmənin hakimi və sədri təyin olunması ilə əlaqədar qəbul edilib.
Qurumun Ümumi Yığıncağının növbəti Seçki Konfransında yeni prezident seçiləcək.
Xatırladaq ki, İnam Kərimov ötən ilin fevralından bu vəzifədə çalışırdı.


