İngiltərə hökuməti futbol oyunlarına icazəsiz girişlə mübarizə məqsədilə yeni qanunlar qəbul etdiyinə görə təzyiqə məruz qalıb.
Arena.az “Daily Mail” dərgisinə istinadən məlumat verir ki, İngiltərə hökuməti “Uembli”də 2020 Avropa çempiopnatının finalında İtaliya və İngiltərə yığmaları arasında keçirilmiş oyunla (əsas və əlavə vaxt – 1:1, penaltilərlə – 3:2) bağlı aparılmış araşdırmadan sonra müvafiq qanuna yaşıl işıq yandırıb.
İndi saxta biletlə və ya zorla stadionlara girməyə cəhd edənlərə qarşı cinayət cəzası nəzərdə tutulmur. Məhz buna görə də millət vəkilləri cəzaya qadağa qoymağa imkan verən bu məsələnin futbola müdaxilə qanun layihəsi ilə həll edilməsini tələb edirlər.
Komitə öz hesabatında İngiltərə azarkeşlərinə qarşı rəftarı “rüsvayçılıq” adlandırıb və polislə daha sıx əməkdaşlığa ehtiyac olduğunu bildirib. Hökumət həmçinin müdafiə tədbirlərinin daha daha da artırılmasına və stadionlarda A sinifli narkotiklərin artan istifadəsinə qarşı mübarizəyə çağırır.


