İngiltərə Premyer Liqasında 2023/2024 mövsümünün püşkü atıldı

Bu gün futbol üzrə İngiltərə Premyer Liqasında növbəti – 2023/2024 mövsümünün püşkatma mərasimi keçirilib.

Arena.az xəbər verir ki, yeni mövsümə avqustun 11-də start veriləcək.

Mövsümün ilk oyununda çempion “Mançester Siti” səfərdə “Börnli” ilə qarşılaşacaq.

“Arsenal” ilk turda “Nottingem Forest”i, “Mançester Yunayted” isə “Vulverhempton”u qəbul edəcək.

İlk turun ən maraqlı oyunu isə “Çelsi” ilə “Liverpul” arasında Londonda baş tutacaq.

İngiltərə Premyer Liqasında mövsümün sonuncu turu 2024-cü il mayın 19-da baş tutacaq.

İngiltərə Premyer Liqası
1-ci tur

11 avqust
Börnli – Mançester Siti

12 avqust
Arsenal – Nottingem Forest
Bornmut – Vest Hem
Brayton – Luton Taun
Everton – Fulhem
Şeffild Yunayted – Kristal Pelas
Nyukasl – Aston Villa

13 avqust
Brentford – Tottenhem
Çelsi – Liverpul

14 avqust
Mançester Yunayted – Vulverhempton

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: