“İnter” Romelu Lukaku “dəftər”ini bağladı

“İnter” “Çelsi”nin belçikalı hücumçusu Romelu Lukaku ilə bağlı “zadəganlar”la danışıqları dayandırmaq qərarına gəlib.

Arena.az bu barədə jurnalist-insayder Fabriso Romanoya istinadən məlumat verir.

Mənbənin məlumatına görə, “neradzurri” 30 yaşlı hücumçunu daha transfer etməyə çalışmayacaq. Milan klubunun rəhbərliyi bu barədə London klubuna tezliklə məlumat verəcək. “İnter” rəhbərliyi Lukakunun “Yuventus”la danışıqlar apardığını öyrəndikdən sonra qəzəblənib. Beləliklə, indi Lukaku üçün yeganə seçim “Qoca sinyora” və ya Səudiyyə Ərəbistanı klublarıdır. Bununla belə, Lukakunu heyətinə qatmaq üçün “Yuventus” ilk növbədə serb hücumçusu Duşan Vlahoviçi satmalı olacaq.

Geridə qalmış 2022/2023 mövsümündə Romelu Lukaku icarə əsasında “İnter”də çıxış edib. Belçikalı hücumçu “neradzurri” heyətində 37 oyununa çıxıb, 14 qol vurub, 7 məhsuldar ötürmə verib.

Lukakunun “Çelsi” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı Romelu Lukakunu 40 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: