İspaniyanın “Atletik” (Bilbao) klubunun hücumçusu İnyaki Uilyams Qana milli komandasındakı çıxışını başa vurduğunu bəyan edib.
Arena.az xəbər verir ki, 32 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesablarında məlumat yayıb.
O, Qanaya təşəkkür edib və bundan sonra da millini dəstəkləyəcəyini bildirib.
İnyaki Uilyams 2022-ci ilin sentyabrında debüt etdiyi Qana yığmasının heyətində 28 oyun keçirib, 2 qol vurub. Uilyams əvvəllər seçimini İspaniyanın xeyrinə edib. U-21 yığmasında çıxışının ardından Uilyams İspaniya yığmasının əsas heyətində debüt edib, məhsudlar fəaliyyəti ilə diqqət çəkməyib. Elə, bu bircə oyunla da Uilyamsın İspaniya yığmasında çıxışı başa çatıb. Sonra isə Uilyams seçmini tarixi vətəni Qananın xeyrinə edib.
Uilyams Qana ilə 2024-cü il Afrika Millətlər Kubokunda, həmçinin 2022 və 2026-cı illərdəki dünya çempionatlarında iştirak edib.
İnyaki Uilyams “Pamplona”nın yetirməsidir. Buradan “Atletik”ə yol tapmış hücumçu “Baskoniya”da da oynayıb və ardınca özünün sübut edərək, Bilbao klubunun əsas heyətinə düşüb.
Cari mövsümdə Uilyams “Atletik”in heyətində bütün yarışlarda 4 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib. Qanalı hücumçunun bask klubnun heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 514 oyun, 115 qol, 74 məhsuldar ötürmə.
Xatırladaq ki, Uilyams La Liqada müstəsna rekordun müəllifidir. Qanalı hücumçu 2016-cı ilin aprelindən 2023-cü ilin yanvarına qədər heç bir liqa oyunun qaçırmadan 251 oyundan ibarət rekord müəyyənləşdirmişdi.
Uilyamsın qənimətlər muzeyində “Atletik”lə qazandığı İspaniya Kral Kuboku (2023/2024) və 2 İspaniya Super Kuboku (2015/2016, 2020/2021) var.
“Transfermarkt” internet-portalı 32 yaşlı vingerin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.


