İnyesta Yaponiya klubu ilə yeni müqavilə bağladı

Futbol üzrə İspaniya milli komandasının sabiq yarımmüdafiəçisi Andres İnyesta Yaponiyanın “Vissel Kobe” klubu ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

İnyesta “Vissel Kobe” ilə müddəti 2023-cü ilin yayına qədər olan yeni sözləşmə imzalayıb. O, 2018-ci ilin yayından Yaponiya klubunda çıxış edir.

Xatırladaq ki, İnyesta 2002-2018-ci illər aralığında İspaniyanın “Barselona” klubunda forma geyinib.

Bu gün 37 yaşı tamam olan yarımmüdafiəçi Yaponiya çempionatının cari mövsümündə üç oyuna çıxıb. Bütövlükdə isə İnyesta “Vissel Kobe”də keçirdiyi 65 oyunda 13 qol vurub, 15 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: