Bu gün futbol üzrə İspaniya Kubokunda 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Mərhələnin açılış oyunu Kataloniyada “Barselona” ilə Madrid “Atletiko”su arasında keçirilib. Dramatik məcrada keçən bu 8 qolluq qarşılaşmanın yekununda qalib gələn olmayıb. Cütün taleyinə Madriddəki cavab görüşündə aydınlıq gələcək.
İspaniya Kubokunda yarımfinalın digər qarşılaşması sabah “Real Sosyedad”la “Real” arasında baş tutacaq.
İspaniya Kuboku
Yarımfinalın ilk oyunları
25 fevral
Barselona – Atletiko 4:4
Qollar: Pedri, 19. Kubarsi, 21. İ.Martines, 41. Levandovski, 74 – X.Alvares, 1. Qrizmann, 6. Lyorente, 84. Sörlot, 90+3.
25 fevral
00:30. Real Sosyedad – Real