Futbol üzrə İspaniya kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün ilk finalçının adına aydınlıq gəlib.
“Atletik” səfərdə minimal hesabla uduzduğu “Osasuna”nı bu dəfə doğma meydanda sınağa çəkib. Qarşılaşmada hesabı Bilbao “Atletik”i açıb. Əsas vaxtda başqa qol qeydə alınmadığından qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda hesabı bərabərləşdirən “Osasuna” ilk oyunda qələbə sayəsində finala vəsiqə qazanıb.
İspaniya kubokunda ikinci yarımfinal görüşü Madrid “Real”ı ilə “Barselona” arasında baş tutacaq. Bu komandaların Madriddə keçirilmiş ilk oyunu Kataloniya təmsilçisinin qələbəsiylə yekunlaşıb.
İspaniya kuboku
Yarımfinalın cavab oyunları
4 aprel
Atletik – Osasuna 1:1
Qol: İ.Uilyams, 33 – P.İbanes, 116.
İlk oyun – 0:1.
5 aprel
23:00. Barselona – Real
İlk oyun – 1:0.


