İspaniya Kubokunda ilk finalçı “Malyorka” oldu

Ötən gecə futbol üzrə İspaniya Kubokunda 2023/2024 mövsümünün yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

İlk finalçının adına “Real Sosyedad” – “Malyorka” matçında aydınlıq gəlib. Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabıyla bitib. Bu komandaların ilk oyununda da heç-heçə (0:0) qeydə alındığına görə, cütün qalibini müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Malyorka” finala yüksələn tərəf olub.

İspaniya Kubokunda sonuncu finalçı bu gün bəlli olacaq. “Atletik” səfərdə 1:0 hesabıyla qalib gəldiyi “Atletiko”nu bu dəfə doğma meydanda sınağa çəkəcək.

İspaniya Kuboku
Yarımfinalın cavab oyunları
27 fevral

Real Sosyedad – Malyorka 1:1 (Penaltilər 4:5)
Qollar: M.Oyarsabal, 71 – C.Qonsales, 50.
İlk oyun 0:0

28 fevral

00:30. Atletik – Atletiko
İlk oyun 1:0