İspaniya La Liqasının ən ödənişli futbolçularının beşliyindən ibarət siyahı açıqlanıb və burada “Real”ın 4 futbolçusu yer alıb.
Arena.az bu barədə nüfuzlu fransız nəşri “Ekip”ə istinadən məlumat verir.
Siyahının zirvəsində “qaymaqlılar”ın fransalı ulduz hücumçusu Kilian Mbappe yer alıb. Mbappenin aylıq qazancı 2,67 milyon avro məbləğindədir.
İkinci pillədə “qaymaqlılar”n braziliyalı ulduzu Vinisius Junior qərarlaşıb. “Vini”nin qazancı isə ayda 2,5 milyon avro məbləğindədir.
İlk üçlüyü isə “Barselona”nın polyak ulduz hücumçusu Robert Levandovski qapayır. “Lyova” ayda 2,17 miyon avro məbləğində qazanc götürür.
İspaniya La Liqasının ən ödənişli futbolçularının beşliyini təqdim edirik:
- Kilian Mbape (“Real”) – ayda 2,67 milyon avro;
- Vinisius Junior (“Real”) – ayda 2,5 milyon avro;
- Robert Levandovski (“Barselona”) – ayda 2,17 milyon avro;
- David Alaba (“Real”) – ayda 1,88 milyon avro;
- Cud Bellingem (“Real”) və Yan Oblak (Madrid “Atletiko”su) – ayda 1,67 milyon avro.


