İspaniya Super Kubokunda ilk finalçı – “Barselona”

Bu gün futbol üzrə İspaniya Super Kubokunda 2026-cı il mövsümünün yarımfinal mərhələsinin oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turnirin ilk görüşü “Barselona” ilə “Atletik” arasında baş tutub. Kataloniya klubu Bilbao təmsilçisini 5 cavabsız qolla məğlub edərək finala yüksəlib.

Yarımfinalın digər görüşü Madrid təmsilçiləri – “Atletiko” və “Real” arasında baş tutacaq.

Xatırladaq ki, Səudiyyə Ərəbistanında təşkil edilmiş İspaniya Super Kubokunda final qarşılaşması yanvarın 11-də keçiriləcək.

İspaniya Super Kuboku
Yarımfinal
7 yanvar

Barselona – Atletik 5:0
Qollar: Ferran Torres, 22. Fermin Lopes, 30. Bardqi, 34. Rafinya, 38; 52.

8 yanvar

23:00. Atletiko – Real

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: