Moskvanın ÇSKA klubunun rusiyalı azarkeşi Vyaçeslav Neçiporçukun qətlində şübhəli bilinən şəxs Türkiyədə həbs edilib.
Arena.az bu barədə “İkizdere Haber Sitesi”nə istinadən xəbər verir.
Məlumatda deyilir ki, daha əvvəl iki şübhəli saxlanılıb, onlardan biri Umut A., tutularaq həbsxanaya göndərilib. İkinci şübhəli isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Umut A. Neçiporçuku ancaq vurub.
Azarkeşin bıçaqlanma hadisəsini Cihan K. törədib. Qatil həbs edilərək məhkəməyə təhvil verilib.
Xatırladaq ki, rusiyalı Neçiporçuk İstanbul küçələrində baş verən qarşıdurmadan sonra öldürülüb. Azarkeş Türkiyəyə Çempionlar Liqasının finalını izləmək üçün gəlib. Təsdiqlənməmiş məlumatlara görə, Neçiporçuk telefonunu almaq istəyən quldurlara müqavimət göstərərkən öldürülüb.


