AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Belçika və Azərbaycan yığmaları ilə qarşılaşacaq İsveç millisinin bu iki oyun üçün heyəti açıqlanıb. Arena.az xəbər verir ki, baş məşqçi Yanne Andersson qrupun ilk iki oyunu üçün 26 futbolçuya dəvət göndərib.
İtaliyanın “Milan” klubunun formasını geyinən ulduz futbolçu Zlatan İbrahimoviç də bir illik fasilədən sonra yığmaya çağırılıb. Baş məşqçinin açıqladığı heyətdə bütövlükdə 3 qapıçı, 9 müdafiəçi və 7 yarımmüdafiəçi və 7 hücumçu yer alıb:
Qapıçılar: Kristoffer Nordfeldt (AİK), Robin Olsen, (“Aston Villa”, İngiltərə), Viktor Yohansson (“Roterem Yunayted”);
Müdafiəçilər: Emil Holm (“Spetsiya”, İtaliya), Ludviq Auqustinsson (“Malyorka”, İspaniya), Hyalmar Ekdal (“Bernli”, İngiltərə), Viktor Nilsson Lindelöf (“Mançester Yunayted”, İngiltərə), İsak Heyn (“Verona”, İtaliya), Joel Andersson (“Midtyulland”, Danimarka), Qabriel Qudmundsson (“Lill”, Fransa), Edvin Kurtuluş (“Hammarbü”), Karl Starferlt (“Seltik”, Şotlandiya);
Yarımmüdafiəçilər: Yesper Karlsson (“Alkmaar”, Niderland), Emil Forsberq (“Leypsiq”, Almaniya), Mattias Svanberq (“Volfsburq”, Almaniya), Kristoffer Olsson (“Midtyulland”, Danimarka), Samuel Qustafson (“Haken”), Albin Ekdal (“Spetsiya”, İtaliya), Yesper Karlström (“Lex”, Polşa);
Hücumçular: Zlatan İbrahimoviç (“Milan”, İtaliya), Deyan Kuluşevski (“Tottenhem”, İngiltərə), Aleksander İsak (“Nyukasl”, İngiltərə), Viktor Klaesson (“Kopenhagen”, Danimarka), Robin Kayson (“Əl-İttifaq”, Səudiyyə Ərəbistanı), Antoni Elanqa (“Mançester Yunayted”, İngiltərə), Viktor Dyekereş (“Koventri Siti”, İngiltərə).
Xatırladaq ki, İsveç millisi martın 24-də Belçikanı qəbul edəcək. Ayın 27-də isə Azərbaycan yığması ilə qarşılaşma baş tutacaq. Hər iki görüş Solnada, “Friends Arena”da keçiriləcək.


