Ötən gecə futbol üzrə İtaliya Kubokunda 2023/2024 mövsümünün 1/4 final mərhələsinin oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Fiorentina” doğma meydanda “Bolonya” ilə qarşılaşıb. Görüşün əsas vaxtında hesab açılmadığından qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Fiorentina” ilk yarımfinalçı olub.
Bu gecə daha iki yarımfinalçının adına aydınlıq gələcək. “Latsio” əzəli rəqibi “Roma”nı, “Milan” isə “Atalanta”nı sınağa çəkəcək.
İtaliya Kubokunda 1/4 finala sabah keçiriləcək “Yuventus” – “Frozinone” matçı ilə yekun vurulacaq.
İtaliya Kuboku
1/4 final
9 yanvar
Fiorentina – Bolonya 0:0 (penaltilər 5:4)
10 yanvar
21:00. Latsio – Roma
00:00. Milan – Atalanta
11 yanvar
00:00. Yuventus – Frozinone


