İtaliya millisi ciddi itki ilə üzləşdi

Futbol üzrə İtaliya millisi ciddi itki ilə üzləşib. Arena.az xəbər verir ki, komandanın sol cinah müdafiəçisi Leonardo Spinatsola uzun müddətə sıradan çıxıb.

O, Avropa çempionatının 1/4 final mərhələsində Belçika ilə oyunda zədələnib. Tibbi müayinələrdən sonra 28 yaşlı müdafiəçinin təxminən 4 ay yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.

“Roma”ya məxsus futbolçu bu görüşün 79-cu dəqiqəsində əvəzlənib. Axill vətərində problem aşkarlanan Spinatsola tezliklə əməliyyat olunacaq.

Qeyd edək ki, İtaliya millisi Belçikanı 2:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Bu komanda finala vəsiqə uğrunda İspaniya ilə mübarizə aparacaq. Qarşılaşma iyulun 6-da İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda baş tutacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: