Serb atlet İvana Vuleta Budapeştdə keçirilən yüngül atletika üzrə dünya çempionatında uzunluğa tullanmanın qalibi olub.
Arena.az dünya çempionatının qalibi və mükafatçılarının nəticələrini təqdim edir.
Qızıl müdalı qazanmış Vuleta ən yaxşı göstəricisinə beşinci cəhdində nail olub. Onun nəticəsi 7 metr 14 santimetr olub.
Gümüş medalı təsnifat mərhələsindən sonra liderlik edən ABŞ təmsilçisi Tara Devis qazanıb. Amerikan atlet ən yaxşı nəticəsini ilk cəhddə 6 metr 91 santimetr uzunluğa tullanaraq göstərib.
Rumıniya təmsilçisi Alina Rotaru altıncı cəhddə 6 metr 88 santimetr nəticə göstərərək çempionatın bürünc medalını qazanıb.
Yüngül atletika üzrə dünya çempionatı. Uzunluğa tullanma. Qadınlar:
- İvana Vuleta (Serbiya) – 7,14 metr;
- Tara Devis (ABŞ) – 6,91 metr;
- Alina Rotaru (Rumıniya) – 6,88 metr.
Avqustun 19-da başlamış yüngül atletika üzrə dünya çempionatına ayın 27-də yekun vurulacaq.