Junior Kaysara daha 3 il “Başakşəhər”də oynayacaq

Türkiyənin “Başakşəhər” klubu müdafiəçisi Junior Kaysara ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

32 yaşlı braziliyalı futbolçu ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalanıb. Əvvəlki sözləşmənin müddəti 2022-ci ilin yayında bitəcəkdi.

Junior Kaysara 2017-ci ildən “Başakşəhər”də çıxış edir. Həmin vaxt o, Almaniyanın “Şalke” klubundan 3 milyon avroya transfer edilmişdi. Sağ cinah müdafiəçisi bu komandanın heyətində Türkiyə Super Liqasında 119 matça çıxıb.

Təcrübəli müdafiəçi “Şalke”dən öncə “Ludoqorets”, “Jil Visente”, “Amerika-SP”, “Aaqoano” və “Santo Andre” komandalarında da oynayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: