Kafu: “Bu gedişlə Braziliyanın mundialı qazanmaq imkanı azalacaq”

Braziliya millisinin sabiq müdafiəçisi və kapitanı, əfsanəvi Kafu maraqlı açıqlaması ilə futbol ictimaiyyətinin diqqətini çəkib.

Arena.az “The Sun” nəşrinə istinadən məlumat verir ki, o, İngiltərə Premyer Liqasındakı braziliyalı futbolçuların sayı ilə millinin dünya çempionatını qazanmaq imkanı arasında əlaqə yaradıb və bu mənzərədə İspaniya La Liqasına üstünlük verdiyini bildirib:

“Qorxuram ki, braziliyalılar Premyer Liqaya nə qədər çox keçsələr, Braziliyanın Dünya Kubokunu qazanmaq imkanı bir o qədər az olacaq. Təsəvvür edin ki, hər həftə mətbuat tərəfindən beyniniz yuyulur ki, siz dünyanın ən yaxşısısınız, amma eyni zamanda ən yaxşılardan uzaqsınız.

Mən La Liqaya üstünlük verirəm, çünki onlarda finala çıxmaq və qalib gəlmək üçün yüksək zehniyyət var. La Liqada televiziya kameraları qarşısında ispan futbolçular haqqında yalan danışan və ya onlar haqqında bütün dünyaya danışan ağızları yoxdur. Onlar rəvayətlərdən yox, futboldan danışırlar”.

Xatırladaq ki, Braziliya millisi tarixində 5 dəfə (1958, 1962, 1970, 1994 və 2022) dünya çempionu olub və bu, mütləq rekorddur. Qətərdə keçirilmiş son 2022 FIFA Dünya Kubokunda “selesao” Xorvatiyaya yığmasına oyunsonrası penaltilər silsiləsində məğlub olaraq (1:1, penaltilərlə 2:4), mübarizəni 1/4 finalda dayandırıb.
Kafu özü 2 dəfə FIFA Dünya Kubokunun qalibi olub (1994, 2002).

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: