İtaliyanın “Kalyari” komandasının yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, A Seriyası təmsilçisini bundan sonra Valter Matsari çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 59 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Valter Matsari “Kalyari”də ötən gün istefaya göndərilən Leonardo Sempliçini əvəz edib. Təcrübəli məşqçi daha əvvəl İtaliyada “İnter”, “Napoli”, “Sampdoriya” və “Torino”da, həmçinin İngiltərənin “Uotford” klubunda baş məşqçilik edib.
“Kalyari” A Seriyasında 3 turdan sonra 1 xalla 17-ci sırada qərarlaşıb.


